Türkiyə məxsus “Qolfstrim G550” tipli xüsusi təyyarə Nikolas Maduronu ölkədən qaçırmaq üçün Venesuelaya uçub.
Millitv.az Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə latın amerikalı jurnalist Federiko Blək çıxış edib.
“Türkiyəyə məxsus G550 tipli təyyarə 22 yanvar tarixində Atatürk Hava Limanından qalxaraq Moskvanın Vnukovo aeroportuna eniş edib. 23 yanvarda isə sözügedən təyyarə Moskvadan Venesuelanın Simon Bolivar hava limanına doğru uçub”, - deyə məlumatda bildirilib.
O, bu yöndə olan iddialarını Tvitter mikrobloqunda “Birini aparmağa gəldiniz?” deyə başlığı ilə paylaşıb.