Ötən həftə Bakıya turist kimi gələn Almaniyalı ailənin 5 yaşlı övladı kimyəvi məhlul içərək zəhərlənib. Toksikoloji mərkəzə yerləşdirilən uşağın vəziyyəti ilə bağlı həkimlər dəqiq bir söz deməyərək, yalnız 15 saatdan sonra bir şey deyəcəklərini bildiriblər.
Millitv.Az medicina.az-a istinadən bildirir ki, valideynlər təşviş içində Almaniya səfirliyinə müraciət edib, məsələyə sığorta şirkəti də qarışıb. Uşağın müalicəsi və sağ qalıb-qalmayacağı barədə dəqiq cavab bilinmədiyindən Almaniyadan ambulans təyyarə göndərmək qərarına gəlinib. Reaktiv mühərrikli təyyarə 3 saata Bakıya çatıb. Təyyarədə gələn həkim uşağın vəziyyətini və xəstəxanadakı şəraiti görəndən sonra təcili Almaniyaya aparılmaq qərarı verib.
Qeyri-rəsmi məlumata görə, 5 yaşlı vətəndaşının xilas olunması üçün 200 min avroya yaxın vəsait xərclənib. Bİr mənbəyə görə isə bu məbləği sığorta şirkəti qarşılayıb.