Axtarış...

ABŞ-ın strateji bombardmançısı Rusiya hərbi bazasına “hücum etdi”

ABŞ-ın strateji bombardmançısı Rusiya hərbi bazasına “hücum etdi”

ABŞ-ın B-52 strateji bombardmançısı Suriyada Rusiya hərbi bazasına hücumu imitasiya edərkən qeydə alınıb.

Millitv.az virtualaz.org-a istinadla xəbər verir ki, bir neçə saat əvvəl Suriyadakı Rusiya hərbi bazalarına nisbətən yaxın məsafədə, İordaniyanın hava məkanında ABŞ-ın strateji bombardmançısı görünüb.



Bildirilir ki, təyyarə şimal-qərb istiqamətindən uçub, budan sonra İsrailin hava məkanına daxil olub və oradan İordaniya hava sahəsinə keçib. İordaniya üzərində geri dönən təyyarənin bu ölkənin səhralıq ərazilərinə planlaşdırılmış hərbi təlimlər çərçivəsində seriya bomba zərbələri endirdiyi təxmin edilir. Daha sonra təyyarə birbaşa Suriyadakı Rusiya hərbi bazasına tərəf istiqamətlənib və hücumu imitasiya edib. Bunun ardınca təyyarə şimal-şərqə istiqamət alıb, Aralıq dənizinin şərq sahilləri üzərində kifayət qədər qəribə marşrutla uçuş həyata keçirməyə başlayıb.



Üstəlik bu fakt maraqlıdır ki, təyyarə az qala iki saat radarlarda itib, analitiklər həmin vaxt ərzində təyyarənin harada olduğunu təxmin etməyə çalışırlar. Ehtimal edilir ki, bombardmançı Suriyaya müxtəlif istiqamətlərdən hücumu məşq edib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz