Axtarış...

Mədəniyyət naziri: Növbəti illərdə yaradıcı sənayenin formalaşdırılması bizim üçün prioritet istiqamət olacaq

Bütün mədəniyyət ocaqları çoxsaylı tədbirlərlə ''Nəsimi ili''nə töhfə verib.

AZƏRTAC xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

İl ərzində həyata keçirilən tədbirlər barədə məlumat verən nazir deyib: “Ölkə başçısının müvafiq Sərəncamı ilə 2019-cu il ''Nəsimi ili'' elan olunub ki, bu da özlüyündə mədəniyyət ili deməkdir. Çünki Nəsiminin yaradıcılığı dil, ədəbiyyat və fəlsəfə ilə bağlıdır. Sözsüz ki, bütün mədəniyyət ocaqları Sərəncamın icrası ilə ciddi məşğul olub”.

Mədəniyyət naziri bildirib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər də ilin uğurundan xəbər verir. Azərbaycanda UNESCO-nun 43-cü sessiyasının keçirilməsi, Şəki şəhəri və Xan Sarayının Dünya İrs siyahısına daxil edilməsi xalqımızın sevincinə səbəb olub.

Ə. Qarayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə mədəniyyət sahəsində islahatların aparıldığını da vurğulayıb: "Müəssisələrimiz tərəfindən dəyərli təkliflər irəli sürülüb. Bu təkliflər sırasında həm maddi bazanın yaradılması, həm də yeni idarəetmə üsullarının tətbiqi öz əksini tapıb. İnanırıq ki, növbəti illərdə yaradıcı sənayenin formalaşdırılması bizim üçün prioritet istiqamət olacaq və dövlət əhəmiyyətli proqrama çevriləcək”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz