Mədəniyyət Nazirliyində struktur islahatları və təyinatlar başa çatıb.
Bunu “Report”a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.
O bildirib ki, Nazirlikdə struktur islahatları artıq yekunlaşıb: “Mədəniyyət Nazirliyinin yeni əsasnaməsi əsasında təzə struktur yaradılıb və təsdiq olunub. Təsdiq olunmuş struktura da kadr təyinatları həyata keçirilib. Nazirliyin rəhbər şəxsləri, yeni şöbə müdirləri hamısı təyin olunub və proses başa çatıb”.