Axtarış...

Ankarada “Nəsimi ili”nin bağlanış mərasimi keçiriləcək



Türkiyənin paytaxtı Ankara şəhərində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə yekun tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY, Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlikləri və ölkəmizin Ankaradakı səfirliyi tərəfindən təşkil olunan mərasim “Nəsimi-2019” ilinin bağlanışına, eləcə də görkəmli kinorejissor Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunur.

Mərasim çərçivəsində “Nəsimi” bədii filmi nümayiş olunacaq, Həsən Seyidbəylinin kino yaradıcılığını əks etdirən fotosərgi açılacaq və iştirakçılara TÜRKSOY tərəfindən 15 dildə nəşr olunan “Nəsimi” kitabı təqdim ediləcək.

Qeyd edək ki, ötən il “Nəsimi ili” çərçivəsində Türkiyənin ayrı-ayrı şəhərlərində çoxsaylı mərasimlər keçirilib, kitab təqdimatları olub, o cümlədən tamaşalar göstərilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz