Axtarış...

Nazirdən ləğv olunan qurumların işçiləri ilə bağlı vacib AÇIQLAMA

Nazirdən ləğv olunan qurumların işçiləri ilə bağlı vacib AÇIQLAMA
Nazirdən ləğv olunan qurumların işçiləri ilə bağlı vacib AÇIQLAMA

"Ləğv olunan qurumların işçilərinin nazirliyin tabeliyində olan digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görüləcək".

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, bunu nazir Əbülfəs Qarayev yanvarın 30-da keçirilən geniş müşavirədə deyib.

O bildirib ki, Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmana uyğun olaraq, Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin ləğvinin təmin edilməsi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı işlər də həyata keçiriləcək.

Nazir qeyd edib ki, həyata keçirilən islahatlar zamanı beynəlxalq təcrübədən istifadə olunması istiqamətində də zəruri addımlar atılacaq: "Bu məsələ fərmanda da öz əksini tapıb. Biz xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiq olunması istiqamətində Avropa İttifaqının Tvinninq layihəsini həyata keçirmişik. Qarşımızda duran əsas məsələlərdən biri də hazırda qabaqcıl beynəlxalq təcrübəni öyrənib ölkəmizdə tətbiqini davam etdirməkdir".

Nazir vurğulayıb ki, aparılan islahatlar nəticəsində ölkənin mədəniyyət sahəsinin idarə olunması, mədəni xidmətlərin səviyyəsinin daha da artırılması və mədəni irsimizin təbliği istiqamətində yeni uğurlara nail olunacaq: "Mədəniyyət Nazirliyi bu il də ölkədə keçiriləcək bir sıra nüfuzlu beynəlxalq tədbirlərin təşkilatçısı kimi çıxış edəcək. Bu tədbirlərin yüksək səviyyədə təşkili və ümumilikdə ölkəmizdə dövrün və zamanın tələblərinə cavab verən effektli mədəniyyət siyasətinin həyata keçirilməsi üçün Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman mədəniyyət sahəsində çalışan bütün əməkdaşların üzərinə böyük məsuliyyət qoyur".

Ə.Qarayev sonda mədəniyyət sahəsində islahatların uğurla həyata keçirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz