Axtarış...

İqbal Ağazadə Rauf Arifoğlunu ən güvəndiyi meydanda uddu: Facebook qələbəsi və ictimai rəy



9 fevral parlament seçkiləri ilə bağlı əksər dairələrdə siyasi fəallıq YAP-ın siyahısının açıqlanmasına bağlı olsa da, çox az sayda dairələrdə artıq seçki mübarizəsinin bütün gücü ilə start götürdüyünü söyləmək olar.
Bu sırada xüsusilə seçilən dairə 35 saylı Xətai 3-cü seçki dairəsidir. Xatırladaq ki, seçkiyə strart verildiyi ilk günlərdə Ümid partiyasının sədri İqbl Ağazadə bu dairədənnamizədliyini irəli sürdü. Üç dəfə 35 saylı Xətai 3-cü seçki dairəsində seçkini tam qələbə ilə başa vuran İqbal bəyin bu dairədə favoritliyi heç kəsdə şübhə doğurmurdu və bu baxımdan qalmaqallı Araz Əlizadənin mandatına son veriləcəyi sevinclə deyilirdi. Belə bir məqamda heç gözlənilməyən xəbər yayıldı: Yeni Müsavat Media Qrupunun sahibi Rauf Arifoğlu 35 saylı Xətai Seçki Dairəsindən namizədliyini irəli sürdüyünü bildirdi. Bu hər kəs üçün gözlənilməz alternativ idi. Çünki İ.Ağazadə ilə R.Arifoğlunun sadəcə illərə dayanan münasibətləri, məhbəs yoldaşları olmasından əlavə yaxın dost olduqları cəmiyyət üçün bəlli idi. Bu xəbərə ilk reaksiya da elə İqbal bəydən gəldi: ““Biz seçicidən səs almaq istəyirik. Və əminəm ki, alacağıq. Bunu hər kəs bilir, şübhə edənlər də həm təbliğat, həm də səsvermə günü bir daha şahid olacaqlar. Mən heç vaxt başqa dairədən namizədliyimi verməmişəm. Haqqım tanınanda da, tanınmayanda da bu dairənin seçicilərinə üz tutmuşam. Ənənəmə bu dəfə də sadiq qaldım. Rauf bəylə şəxsi münasibətlərimizdən dolayı sizlər onun namizədliyini bu dairədən verməsinə aqressiv yanaşır, mənim heç zaman o namizəd olduğu dairədən iddia ortalığa qoymayacağımı bildiyiniz üçün emosional davranırsınız. Doğrudur, mən heç vaxt Rauf bəyin dairəsindən – həm də həmişə iddialı olduğu, onun daima ordan namizədliyini verdiyini bildiyim dairədən – namizədliyimi verməzdim. Bu mənim prinsiplərimdir. Ona görə yox ki, kiməsə uduza biləcəyimi güman edirəm, əsla. Sadəcə dəyərlərə sayğımın ifadəsi belədir. Lakin mən beləyəmsə, hamını mənim kimi olmağa da məcbur etməyə nə mənim, nə də sizin haqqınız yoxdur. Mən bütün iddialıları bu dairəyə dəvət edirəm, gəlsinlər namizəd olsunlar, yarışsınlar. Seçici səsi almaq üçün mübarizə aparsınlar. Lakin Araz Əlizadəyə oxşamasınlar. Uduzanda kişi kimi etiraf etsinlər, xalqın səsinə haram qatmasınlar, hətta uduzanda mandatı onlara verən tapılsa belə imtina etməyə vicdanları olsun”. Ardınca isə sosial şəbəkələrdə R.Arifoğlunun namizədliyinə sərt reaksiyalar göstərildi. Seçkinin hələ ilkin dönəmi olsa da tərəflər arasında atmacalar və ittihamlar kəskin xarakter aldı. Belə bir vaxtda sabiq baş nazir və hər iki namizədlə yaxın dost olan Pənah Hüseynin təşəbbüsü ilə 35 saylı Xətai III Seçki Dairəsindən namizədliklərini irəli sürən Rauf Arifoğlu və İqbal Ağazadə ilə bir araya gəldi. Görüşlə bağlı Pənah Hüseyn qeyd edib ki, son bir sutkada baş verənlər müzakirə edilib: “Sosial şəbəkələrdə, mediada baş verən qarşılıqlı ittiham, etik normaları pozan şərh və statusları, o cümlədən gələcək fəaliyyətdə münasibətləri müzakirə etdik. Nəticədə qərara alındı ki, tərəfdarlardan xahiş və tələb edilsin ki, sosial şəbəkə və mediada, təbliğat kampaniyasında ləyaqəti alçaldan, etik normaları pozan, qara piar xarakterli hər hansı status, yazı, şərh, çıxışlara yol verməsinlər. 35 saylı Xətai III Seçki Dairəsində seçki mübarizəsi yalnız sivil metodlardan istifadə edilməklə aparılacaqdır.” Nəzərə alsaq ki, o zamanadək ittihamlar daha çox R.Arifoğluna qarşı idi, demək güzəştə gedən tərəf İ.Ağazadə olub. Bundan sonra mübarizə sosial mediada gerçək nüfuz və ictimai rəyin hansı namizədin bu dairədə mandat qazanmasından yana olması üzərində aparıldı. Məlum görüşdən bir qədər sonra facebookda “vicdan” qrupunda “Dostlar Xətai 35 sayılı seçki dairəsindən İqbal Ağazadə və Rauf Arifoğlu namizədliyini verib. Hansının seçilməyini istiyərdiniz ? Dəstəklədiyiniz namizədin şəkilinə klikləməklə anketdə iştirak edin” başlığı ilə səsvermə keçirildi. Nəticələr gözlənilən, amma fantastikdir. 600-ə yaxın paylaşımı olan bu səsvermədə 4000 dən artıq facebook üzvü iştirak edib. İqbal Ağazadə səsvermədə iştirak edənlərin 97 faizinin dəstəyini qazanıb. Bu sosil şəbəkədə nadir hallarda rast gəlinən bir üstünlük və fərqdir. Facebook sorğusu zamanı iştirakçıların rəyləri də tam aydın təsəvvür yaradır. İştirakçılar arasında belə alternativliyi qınayanlar da var. Məsələn, Akif Rűstəmov yazır: “Ağacı qurd həmişə içindən yeyir.Mən istəməzdim ki, uzun illərin dostu tərəfindən belə bir xəyanətə, bəli məhz xəyanətə imza atılsın.Çox təəssűf…Bir onu bilirəm ki, siyasi lider olaraq MM-də təmsil olunduğu vaxtlarda İqbal bəy əsil xalq elçisi olduğunu təsdiq etmiş şəxsiyyətdir.Gűman edirəm ki, bu dəfə də seçicilər öz səsini ən dəyərli namizədə – İqbal Ağazadəyə verəcəklər”. Digər bir iştirakçı Qenimet Memmedovun isə rəyi bir qədər də ittiham xarakterlidir: “İqbal bəy raufa çox çörək verdi o isə çörəyə bıçaq sancdı,isadan çox onun üzərində iqbal bəyin zəhməti var”. Samir Ismayilzade isə belə alternativliyə görə məsləhət verir: “Rauf Arifoğlu inanin keçmişde olan fedakar peşe fealiyyetivizden dolayi size hörmetim var. gelin namizedliyinizi başqa daireden ireli sürün”. Rəylərdə m ütləq əksəriyyət isə dairənin favortinin İqbal ağazadə olduğunu qəti şəkildə ifadə edir: Ülvi Cəfərov: “Iqbal hara rəqibi hara seçim xalqa aiddirsə Iqbal bəydir amma rəqibi hamıya məlumdu medalından Məhəmməd İsmayıloğlu İqbal Ağazadə yeganə liderdir. İqbal Ağazadə kimi lider ola-ola var rauf kimilərə səs vermək axmaqlıq olar. Ceyhun Azizov Iqbal Agazade mutleq ustunlukle secilecek. Men onu desteyleyirem Elbrus Allahyarov Meselelere ferqli baxiw. Realliqdan chixiş eden utopist olmayan bir siyasetchi Iqbal Aqazade!!! Fantastikadan ve xeste teffekurden uzaq birisi.
Mehemmedeli Bedelzade Kaş seçilənlər heç olmas biraz İqbal bəyə oxşasınlar Ağızlarına su alıb oturmasınlar Xalqın vəkili olduqlarını hiss etsinlər Alisher Bayramov burda yazmaqla iwbitmir, secgi gunu gedib ses vermek lazimdir Huseyn Mamedov İqbal Agazadə iti təfəkkürə, gpzəl məntiqə, səlis nitqə, əvəzolunmaz səs tembrinə, dərin biliyə,yüksək siyasi mədəniyyətə malik , xalqını ,vətənini sevən şərəfli, vicdanlı şəxsiyyətdir! İqbal Agazadənin Milli Məclisə deputat seçılməsindən millət də, dövlət qazanmış olar. Heç olmasa depatat adına layiq bir şəxsiyyət xalqın problemlərini yüksək tribundan söyləyəcək. İqbal Agazadəyə səs verənlər ədalətə,ləyaqətə, demokratiyaya, dövlətçiliyə səs verəcək! Elnur Baba Əlbətdə İqbal müəllim olmalıdı, o həm layiqli həmdə təcrübəli şəxsiyyətdi, birdəki İqbal müəllim Fizulidə nənəmin sevimli tələbəsi olub Eldar Maqsudlu ƏYƏR İQBAL BƏY SEÇİLMƏZSƏ,SEÇKİLƏRİN 100%SAXTALAŞDIRILMASI LABÜDDÜR. BU BİRMƏNALIDIR.İNSANLAR HƏLƏKİ KİŞİNİ İKİÜZLÜDƏN AYIRMAĞI AYIRA BİLİRLƏR. KİMİ KİMLƏ MÜQAYİSƏ EDİRSİZ?
Парвиз Мамедов İqbal bəyin–bu günə qədər hec bir cıxışında Azərbaycana zid hec nə danışmayıb. Hər cıxışı l şəffav və gül kimidir. Həmişə,xalqın,torpagın xeyrinə danışıb. Özüdə,Qarabag döyüşlərində iştirakcı olub. O biri namizədi tanımıram, Amma tanıdıgım və dinlədiyim haqda bunları yazmag borcluyam. Hər bir vətəndaş,haqqı deməlidir. Xüsusi olaraq onu da bildirmək lazımdır ki, facebook sosial şəbəkəsi media rəhbəri kimi Rauf Arifoğlunun daha çox imkanlara malik olduğu bir meydan sayılmalıdır. Bu baxımdan deyilən sorğunu İqbal Ağazadənin öz rəqibini onun meydanında qalib gəlməsi kimi dəyərləndirmək olar. Əlbəttə bu yalnız facebook sorğusudur və burda iştirak edənlərin həmin dairənin seçiciləri olduğu iddasında belə deyilik. Amma müşahidələr göstərir ki, artıq ölkədə ictimai rəyi əsasən tv, onlayn və print media deyil, sosial şəbəkələr yaradır.

https://m.facebook.com/story.php?story_fbid=523429441597031&id=149769605629685
DOSYE.ORG
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz