Dünya futbolunun canlı əfsanəsi Pele Parisdə iştirak etdiyi xüsusi tədbridə PSJ-nin hücumçusu Kilian Mbappe haqda danışıb.
Qol.az-ın məlumatına görə, 78 yaşlı veteran futbolçu "La Parisien" qəzetinə müsahibəsində fransalı oyunçunun gələcəkdə dünyanın ən yaxşısı olacağını deyib:
"Mbappenin PSJ-dən ayrılmasına ehtiyac yoxdur. Sadəcə, indiyə qədərki oyununu davam etdirməlidir. Bunu etsə, dünyanın ən yaxşısı olacaq".
Pele 20 yaşlı hücumçudan daha yaraşıqlı olduğunu da söyləyib: "O, mənim qədər yaraşıqlı deyil (gülür). Ortaq nöqtəmiz isə meydanda oyunu oxuya və gedişatı dəyişdirə bilmə bacarığıdır".
K. Mbappe isə Pele haqda danışarkən bunları deyib: "Peledən sonra ikinci olmaq mənim üçün heç bir problem deyil. Meydanda və komputer oyunlarında vurduğum qolları toplasanız belə, heç vaxt 1250 rəqəminə çata bilmərəm".