Axtarış...

"Akkord"un aktivləri azalıb, öhdəlikləri artıb

"Akkord"un aktivləri azalıb, öhdəlikləri artıb

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ötən ili 345,101 min manat həcmində zərərlə başa vurub.



"APA-Economics" xəbər verir ki, hesabat dövründə şirkətin əməliyyat gəliri 2 mln. 796,783 min manat olub. Buna baxmayaraq, satışların maya dəyəri 8,3% azalaraq 8 mln. 440,364 min manat olub. Şirkətin gəlirləri 2017-ci ildə 16,39% artaraq 12 mln. 787,654 min manata çatıb.



Maraqlıdır ki, ötən il şirkətin inzibati xərcləri 4,8 dəfə azalaraq 1 mln. 528,728 min manat təşkil edib.



Korporasiyanın aktivləri 28,14% azalaraq 856 mln. 937,1 min manat olub.



Cari ilin yanvarın 1-nə "Akkord"un öhdəlikləri 1,6% artaraq 675 mln. 676,205 min manat təşkil edib, cəmi kapitalı isə 65,6% azalaraq 181,262 mln. manata enib.



Korporasiyasının nizamnamə kapitalı dəyişməyərək 74 mln. 112,5 min manat səviyyəsində qalıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz