"Bu il ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 446 mln. manat daxil olub".
APA-nın şimal bürosunun verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
"Bu da ötən ilin müvafiq, eləcə də bu ilin bölgüsü ilə müqayisədə proqnozun yerinə yetirilməsi deməkdir", - deyə A.Əliyev vurğulayıb.
Qeyd edək ki, DGK açıqladığı statistikaya görə, bu ilin yanvar ayında dövlət büdcəsinə 226 mln. 88,3 min manat daxil olub. Ötən ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 59 mln. 470,60 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 157 mln. 18,90 min manat, aksizlər üzrə 6 mln. 780,70 min manat, yol vergisi üzrə isə 2 mln. 818,10 manat təşkil edib.