Bankların müştərilərə verdiyi kreditlərin həcmi artıb.
"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, bu ilin iyulun birinə bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 712,4 mln. manat təşkil edib ki, bu da may ayı ilə müqayisədə 160,1 mln. manat və ya 1,39% artım deməkdir.
Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə banklar kreditləşməni 374,8 mln. manat və ya 3,3% artırıb.
Hesabat dövründə banklar kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1 mlrd. 642 mln. manat məqsədli ehtiyat ayırıb. Bu, may ayındakı göstəricidən 0,6 mln. manat və ya 0,04% azdır.