Axtarış...

"Sosial şəbəkələrdə söyüş və təhqirə son qoymaq üçün addımlar atılmalıdır" - deputat

"Sosial şəbəkələrdə söyüş və təhqirə son qoymaq üçün addımlar atılmalıdır" - deputat
"Mən sosial şəbəkələrdən istifadənin əleyhinə deyiləm. Çünki sosial şəbəkələr artıq bizim həyat tərzimizə çevrilib. Ona görə də bunun əleyhinə getməyin heç bir mənası yoxdur. Lakin sosial şəbəkələrdə böhtana, qərəzə, söyüş və təhqirlərə, əxlaqsızlığa və yaramızlıqlara son qoymaq üçün lazımı addımlar atılmalıdır".
Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib.

F.Ağamalı deyib ki, sözügedən məsələ Azərbaycanın milli qanunvericiliyində bu və ya digər müddəalarla təsbit oluna bilər:
"Hələ ki, mən bunun qarşısının necə alına biləcəyini düşünə bilmirəm. Çünki sosial şəbəkələr Azərbaycandan idarə olunmur, bunu yaradan biz deyilik. Bildiyimə görə, sosial şəbəkələr ABŞ-dan idarə olunur. Əgər ABŞ-dan idarə olunursa, o zaman bu cür söyüş və təhqirlərə qarşı nə etmək lazımdırsa, biz onu düşünməliyik. Yaxud da sosial şəbəkələrdə əxlaqsızlıq davranış nümayiş etdirənlərə qarşı cinayət məsuliyyəti tətbiq olunmalıdır. Yəni, bu cür halların aradanq aldırılması üçün Cinayət Məcəlləsinə müəyyən dəyişikliklər edilməlidir"
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz