Dünya koronavirusla mübarizə aparır. Epidemiya səbəbi ilə hər gün ölənlərin sayı artmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, Türkiyədə son gün ərzində 69 nəfər epidemiya səbəbilə həyatını itirib.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qocanın sözlərinə görə, vəfat edənlərin sayı 425-ə çatıb:
"Müalicəsini davam etdirən xəstələrin 1251-i reanimasiyadadır. Onlardan 867 nəfəri respiratora bağlıdır. Xəstələrimizdən 484 nəfəri sağaldılıb və evlərinə buraxılıb. Ölkədə virusa yoluxanların ümumi sayı 20 921 nəfərdir".
Qeyd edək ki, dünyada 1 milyon 99389 nəfər virusa yoluxub. 60 minə yaxın insan vəfat edib.