Rusiya və Türkiyə Su-35 və ya Su-57 qırıcılarının tədarükünü müzakirə edir. Ankara bu məsələyə xüsusi maraq göstərir.
SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev bildirib.
"Türkiyəli həmkarım cənab Dəmir ilə danışıqlar aparılacaq. Gündəlikdə olan məsələlərlə bağlı müzakirəni davam etdirəcəyik. Bu S-400-dür, Su-35 və ya Su-57 ilə də bağlı müzakirələr aparacayıq. Türkiyə böyük maraq göstərdi, amma müqavilə barədə danışmaq hələ tezdir", o deyib.