Axtarış...

"S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? - GƏLİŞMƏ



"S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi?
Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşündə əsas müzakirə predmeti heç şübhəsiz C-400 raketləri idi. Amerikanın Türkiyəyə tələbi bəllidir: “Rusiyanın “C-400” raketlərindən imtina edin!”

Bu praktik baxımdan mümkün deyil. Birincisi, bu raketlər artıq Türkiyədə yerləşdirilib və pulu da ödənilib. İkincisi, Türkiyənin aldığı raketləri Rusiyaya geri qaytarması həm iki ölkə arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək, həm də Ərdoğanın xarizması zədələnəcək. Təsadüfi deyil ki, Ərdoğan Ankaraya qayıtdıqdan sonra bir daha qeyd etdi ki, C-400 raketlərindən imtina edə bilməyəcək.

Buna baxmayaraq, Rəcəb Təyyub Ərdoğan Vaşinqtondan geri qayıtdıqdan sonra Ankara yeni formul üzərində düşünür, yəni necə edək ki, həm C-400 raketlərindən imtina etməyək, həm də Amerika ilə münasibətlərimiz pozulmasın. Çünki, Türkiyə bəzi hərbi texnologiyaların alınmasında hələ də Amerika ilə əməkdaşlıqdan faydalanır. Ankara Vaşiqntonla bütün körpüləri yandırmaq istəmir.

Buna görə də Ankaranın siyasi kuluarlarında problemin həllinin yeni variantını gündəmə gətiriblər: Türkiyə C-400 raketlərini Azərbaycan yerləşdirə bilər. Yaxın tarixdə belə bir presedent olub. Rusiya 1996-cı ildə Kipr Yunan Respbulikasına C-300 raketlərini satdı. Bu Ankaranın haqlı narazılığıan səbəb oldu. Bundan sonra adada vəziyyət gərginləşməsin deyə C-300 raketləri Yunanıstanda yerləşdirildi. Məsələ burasında idi iki, Kipr Yunan Respublikası ilə Yunanıstan arasında hərbi müttəfiqlik mövcuddur və hər iki dövlət ortaq hərbi konsepsiyaya malikdirlər. C-300 raketlərinin Kiprdən Yunanıstana daşınmasıyla problem həll olundu.

Eyni yanaşmanı C-400 raketərinə tətbiq etsək, bu raketlərin Azərbaycanda yerləşdirilməsi Amerika-Türkiyə gərginliyini ortadan qaldıra bilər, eyni zamanda Türkiyə Amerikadan həm “Patriot” raketlərini, həm də “F-35” hərbi təyarələrini ala bilər. Rusiya da Türkiyəyə satdığı raketlərin Azərbaycanda yerləşdirilməsinə etiraz etməz. Ancaq bunun üçün Kirp və Yunanıstan timaslında olduğu kimi Azərbaycanla Türkiyə də ortaq hərbi konsepsiyaya malik olmalıdırlar. C-400 raketləri Azərbaycanın hərbi qüdrətini də artırar.

Əslində Türkiyə-Azərbaycan hərbi əməkdaşlığını üst səviyyəyə qaldırmaq üçün gözəl fürsət yaranıb. C-400 raketlərinin Azərbaycanda yerləşdirilməsiylə Türkiyə-Azərbaycan hərbi ittifaqı formalaşacaq və Türkiyənin Azərbaycanda hərbi bazalarının rəsmiləşdirilməsi prosesi də asanlaşacaq. Bu fürsətdən həm Ankara, həm də Bakı faydalanmalıdırlar. Əlbəttə, bütün hallarda qərarı Ankara verməlidir. Ancaq Bakıdan da Ankaraya siqnallar göndərilə bilər ki, C-400 raketlərinin Azərbaycanda yerləşdirilməsinin əleyhinə deyil.
“Atlas” Araşdırmalar Mərkəzi
Text-to-Speech

DİNLƏ






Şərh yaz