Axtarış...

İran, Türkiyə və Rusiya prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçiriləcək



Türkiyə Xarici İşlər Nazirliyi İran, Türkiyə və Rusiya prezidentlərinin Suriyaya aid məsələlərlə bağlı videokonfrans vasitəsilə görüş keçirəcəklərini açıqlayıb.

İSNA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi Suriyaya aid məsələlərlə bağlı prezidentlər səviyyəsində görüşün videokonfrans formatında keçiriləcəyi barədə məlumat yayıb.

Virtual sammitdə İran, Türkiyə və Rusiya prezidentləri bölgədə gedən son prosesləri, Suriya ilə əlaqəli ən vacib məsələləri və gərginliyin azaldılması üçün həll yolunun tapılmasını nəzərdən keçirəcəklər.
Text-to-Speech

DİNLƏ






Şərh yaz