Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Maire iyulun 29-da Bakıya səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, fransalı nazir bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyevlə, daha sonra Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşəcək.
Bundan əlavə, Maliyyə naziri və Fransa-Azərbaycan birgə komissiyasının rəhbəri Samir Şərifovla da görüş nəzərdə tutulub. Görüşlərdə iki ölkə arasında qarşılıqlı əlaqələr, həmçinin Fransa şirkətləri ilə iqtisadi əməkdaşlıq layihələri müzakirə ediləcək.
Qeyd edək ki, Samir Şərifov 2018-ci ilin noyabrında Parisdə baş tutan görüş zamanı fransalı həmkarını Bakıya dəvət etmişdi.