Rusiyanın Gürcüstan və Ukraynaya girməsi ABŞ və tərəfdaşlarının təhlükəsizliyinə təhdiddir.
“Georgia Online” saytının məlumatına görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo Polşaya səfəri zamanı deyib.
NATO bazasında çıxış edən Pompeo Ukraynanın Donbas regionundakı proseslərə toxunaraq Vladimir Putinin Avropa torpağında müharibəyə başladığını bildirib.
“Rusiyanın bir gün Polşada da cəbhə açacağı təhlükəsinə ciddi yanaşırıq. Rusiyanın Avropada dominantlığı ilə bağlı böyük planları var, Moskva dünya arenasında nüfuzunu bərpa etmək istəyir”, - deyə o vurğulayıb.