Axtarış...

Biləsuvarda pambıqçılar ayağa qalxdı: - “4 gündən bir su verirlər, sahələr məhv oldu”

Biləsuvarda pambıqçılar ayağa qalxdı: - “4 gündən bir su verirlər, sahələr məhv oldu”

Biləsuvar sakinləri əkdikləri pambıqlarını sulamaq üçün suya möhtac qalıb.

Biləsuvarda təsərrüfatla məşğul olan bir qrup sakinin sözlərinin BakuPost-a bildirdiyinə görə, əkinlə məşğul olduqları pambıq sahələrinə su verilmir. Şikayətçilər deyir ki, rayonun Şəhriyar adlanan ərazisində pambıq əkiblər: "Bütün sərvətimizi pambığa yatırmışıq. Tək gəlir yerimiz də bu pambıqdır. Amma su problemi bütün işlərimizi məhv edir. İstədiyimiz zaman əkin yerlərimizi sulaya bilmirik. Əkin yerlərimizi sulamaq istədikdə suyu kəsirlər və 4 gün sonra verəcəklərini deyirlər. Biz də deyirik ki, bu sahə 4 günə yanıb məhv olar”.

Rayon sakinləri deyir ki, hara şikayət edirlərlərsə, dövlət qurumların onları yola verirlər: "İstəyirik ki, suyu açsınlar torpağımızı sulayaq. Bütün sular kanal vasitəsilə gəldiyi üçün bilirik ki, kanalda su var. Amma başqa yerə su veririk, deyirlər. Biz bu barədə Biləsuvarda səlahiyyətli şəxslərin qəbulunda olub dərdimizi demişik. Onlar da bizə eyni cavabı verirlər ki, 4 gün gözləməlisiniz”.

Sakinlər deyir ki, sahələri 4 gün susuz qalsa, əkdikləri pambıq yanıb məhv olacaq: "Bizim pambıq sahəmiz yanandan sonra suyu neynirik? Bilsək ki, su yoxdu, anlayarıq. Amma bilirik ki, Araz çayında su var. Nə olar ki, bizə də su buraxsalar? Nazirliyin qaynar xəttinə də zəng edib dərdimizi demişik. Amma nə fayda?! Nə baxan var, nə də maraqlanan. Əgər su gəlməsə, bütün əziyyətimiz hədər olacaq. İstərdik ki, tez bir zamanda suyu açsınlar”.

Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-dən münasibət öyrənməyə çalışsaq da, qurumdan heç bir açıqlama verilmədi.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz