Axtarış...

Biləsuvarda bələdiyyə sədrlərinin cinayətləri - Başçıdan sonra növbə onlarındır?

Biləsuvarda bələdiyyə sədrlərinin cinayətləri - Başçıdan sonra növbə onlarındır?


Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin həbsindən sonra rayonda vəzifəli şəxslər tərəfindən sakinlərə qarşı edilmiş haqsızlıqların, törədilmiş ağır cinayətlərin üstü açılmaqda davam edir.

“BakuPost” xəbər verir ki, burda söhbət təkcə icra başçısının zəbt etdiyi torpaqlardan getmir. Cinayət üçün münbit şəraitin olduğunu görən, icra nümayəndələri, bələdiyyə sədrləri də sakinlərə məxsus yüz hektarlarla ərazini qəsb ediblər. Əksər bələdiyyə sədrləri otlaq sahələrini boş və istifadəsiz torpaqlar kimi qələmə verməklə həmin torpaqların təyinatının dəyişdirilməsinə nail olublar. Bununla da Biləsuvarda heyvandarlığa ağır zərbə vurmaqla yanaşı, əhalinin əmlak hüququnu pozublar. Rayon sakinlərinin bildirdiyinə görə, otlaq sahələrinin onların əlindən alınmasıyla bağlı hazıda saysız-hesabsız məhkəmə çəkişmələri gedir. Ölkə başçısı rayonla bağlı prosesləri diqqətinə götürdükdən sonra onların torpaqların geri qaytarılacağına ümidləri artıb.

Biləsuvar rayonu, Səmədabad kənd sakini Nadir Novruzov “BakuPost”a açıqlamasında bildirib ki, kənddə heyvandarlıqla məşğul olan sakinlər mal-qaralarını otarmağa örüş sahələri tapa bilmirlər.

Rayon sakininin iddiasına görə, əvvəllər heyvan otardıqları sahələr indi Səmədabad kənd bələdiyyə sədri Hidayət Həsənov tərəfindən İcra Hakimiyyətinin dəstəyilə əllərindən alınıb və həmin torpaqların təyinatı dəyişdirərək ayrı-ayrı məmurlara satıb.

"Səmədabadın torpaqlarının çoxu kənd camaatının əlindən alınıb. Camaatın dolanışığı torpaqdan, əkin-biçindən və heyvandarlıqdan çıxır. İndi biz mal-qaramızı otarmağa yer tapmırıq. Bununla bağlı dəfələrlə etdiyimiz şikayətin heç bir nəticəsi olmayıb. Mahir Quliyevin tutulmasında sonra, bəlkə bizim səsimiz eşidilə. Amma bunun üçün gərək bələdiyyə sədri də qanun qrşısında cavab verə. Çünki bütün qanunsuzluqlara məhz o imza atıb.".

N.Novruzov əlavə edib ki, torpaqları, örüş sahələri zəbt olunduğundan özünüməşğulluq proqramı çərçivəsində ona verilən 21 baş heyvanı saxlaya bilməyib:

“Otlaq sahələrinin əllərindən alınmasına gərə, mənim kimi Səmədabad kəndində heyvandarlıqla məşğul olan digər fermerlər də ciddi narazılıq edir".

Şikayətçi bildirib ki, bələdiyyə sədri istənilən adamın torpağını “əkin üçün olduğunu” əsas gətirərək əlindən ala bilir:

“Ya rüşvət verməlisən, ya da torpaq əldən gedir. Bizim qonşu fermer Talıb Muradovdan 3 min manat və 10 qoyun aldı. Sonra da dedi ki, 10 min manat da pul ver, sənə dəyməyim".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz