Axtarış...

Ağsunun icra başçısı haqda ilginc iddia... - Belə deyirlər...

Ağsunun icra başçısı haqda ilginc iddia... - Belə deyirlər...
Son bir il ərzində Azərbaycanda kənd təsərrüfatının inkişafına dövlət ciddi dəstək verməyə başladı və demək olar ki, artıq ciddi irəliləyişlər də var. Amma bu deyəsən bütün rayonlarda belə deyil. Əsasən də söhbət Ağsu rayonundan gedir. Uzun illər rayona rəhbərlik edən Ənvər Seyidəliyev rayonu demək olar ki, öz prinsipləri ilə idarə edib və bununda başlıca səbəbi yaxın qohumu Səlim Müslümovun nazir kürsüsündə oturması idi. Amma qohum nazir biabırçı şəkildə vəzifədən kənarlaşdırılandan sonra Ənvər Seyidəliyev öz durumunu yaxşılaşdırmaq üçün, sözün həqiqi mənasında yeni “möcüzələrə” imza atmağa başladı. Öncəliklə qeyd edək ki, Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur. Ərazisinin 75,2%-ni və ya 76742 hektarını kənd təsərrüfaına yararlı torpaqlar, bundan 46,3%-ni və ya 35550 hektarını əkin yeri təşkil edir. Elə buna görə də hazırda ən yüksək səviyyədə rayon rəhbərliyinə tapşırılıb ki, rayonda baramaçılıq və pambıqçılıq inkişaf etdirilsin. Bəs inkişaf varmı? Qətiyyətlə demək olar ki, inkişafdan söhbət belə gedə bilməz. Ona görə ki, başçı Ənvər Seyidəliyev ilk dövrlərdə nazir qohumuna ümidli olaraq bu məsələlərə biganə yanaşmış, dövlətin fermerlərə dəstək üçün ayırdığı pulları yaxın çevrəsi arasında paylaşmış, sadə kəndlilərin isə durumu acınacaqlı qalmaqda, müstəqil fermerlər isə rayon rəhbərliyinin tələbi ilə məhsul verilməsi mümkün olmayan ərazilərdə pambıq əkməyə məcbur qalıblar və buna görə heç bir nəticə yoxdur. Amma Bakıya göndərilən hesabatlarda bunun tam əksi göstərilir. Bu il də durum belədir. Amma artıq Ənvər Seyidəliyevin nazir səviyyəsində arxası olmadığı üçün qonşu bölgələrdən pambıq və barama alaraq rayonun adından təqdim etməyə çalışır. Bu isə hələ ki, alınmır. Ənvər Seyidəliyev bu il lazımi baramanı və pambığı təhvil verməsi isə mümkünsüzdür. Fərdi təsərrüfatla məşğul olanlar isə daha çıxılmaz durumdadırlar. Ayağını şəhərin mərkəzindən kənara qoymayan başçı buna görə kəndləri bir-bir gəzib sakinləri razı salmağa çalışır. Amma illər ərzində etdiyi haqsızlığı heç kəs bağışlamaq niyyətində deyil. Belə olan halda maraqlıdır ki, Ənvər Seyidəliyev respublika rəhbərliyinə nələr deyə biləcək? Milyonlarla manat dəyərində ki, əmlakı hansı pullarla aldığına cavab verə biləcəkmi? Nazir qohumuna görə rayonda kimlərin adına ünvanlı sosial yardım verilməsinə aydınlıq gətirə biləcəkmi? Zaman-zaman kimlərinsə şantajına nədən məruz qaldığına izah gətirə biləcəkmi? Və sonda, hər il təqdim etdiyi hesabatda göstərilən nəticələrin bəhrəsi harada qalıb? Suallara cavab çətin olacaq. Dia.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz