Qətər dövləti Ermənistanın Dohada fəaliyyətə başlayacaq səfirliyinin maliyyə xərclərini üç il müddətinə qarşılamağı öz üzərinə götürüb.
Millitv.Az report-a istinadən xəbər verir ki, Ermənistanın Qətərdəki səfirliyinin saxlanılması üçün illik xərc 192 584 dollardır. Bu məbləğin 110 min dollarını üç il ərzində Qətər dövləti ödəyəcək.
Qeyd edək ki, Ermənistanın xarici ölkələrdəki səfirliklərində ixtisar aparılır.