Axtarış...

Vurğun Əyyubu Müsavatdan kim çıxarmışdı? – Üzvlük haqqına görə...

Vurğun Əyyubu Müsavatdan kim çıxarmışdı? – Üzvlük haqqına görə...

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin keçmiş sədri, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Vurğun Əyyubun cənazə törəni sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Yeni Sabah”ın məlumatına görə, müzakirələrə rəvac verən Müsavatın keçmiş və indiki başqanları İsa Qəmbərlə Arif Hacılının törənə qatılması, orada mərhum barədə çıxışları olub.

Vaxtilə Vurğun Əyyubun Müsavatda sıxışdırıldığını, daha sonra partiyadan uzaqlaşdırıldığını əsas gətirən sosial şəbəkə istifadəçiləri İsa Qəmbərlə Arif Hacılını qeyri-səmimilikdə ittiham ediblər.

Xatırladaq ki, Müsavatın 2014-cü ildə keçirilən qurultayından sonra partiyada Vurğun Əyyuba münasibət dəyişib. Buna səbəb onun qurultayın nəticələrini şübhə altına alması olub.

O zaman Vurğun Əyyub “Mən qurultay seçkilərinin ədalətsiz keçirildiyinin qənaətindəyəm. İlk günlər legitimlik mənim üçün şübhəliydi, sonra əldə etdiyim informasiyalar şübhəni aradan qaldırdı. Və mən qurultayın səsverməsinin nəticələrini legitim hesab etmirəm”,- deyə bildirmişdi.

Məlumat üçün deyək ki, həmin qurultayda Arif Hacılı Müsavat başqanı seçilmişdi.

Bir il sonra, yəni 2015-ci ildə Müsavatın bəzi funksionerləri Vurğun Əyyubun partiyadan çıxarılması barədə mediaya açıqlamalar verib.

Həmin açıqlamalarda bildirilirdi ki, Müsavat Partiyasının Binəqədi rayon təşkiltaının A özəyi (bəzi açıqlamalarda 8-ci özək) Vurğun Əyyubun üzvlük haqqı ödəməməsi və iclaslara qatılmamasını əsas gətirərək onun partiya sıralarından xaric olunması barədə qərar çıxarıb.

Lakin bir neçə gün sonra Müsavat funksionerlərinə istinadən məlumat yayılıb ki, Vurğun Əyyub partiya sıralarından deyil, Məclis üzvlüyündən çıxarılıb. Vurğun Əyyub özü isə Məclis üzvlüyündən çıxarılması barədə bunları demişdi: ”Bu məni qətiyyən maraqlandırmır. Mən Müsavat Partiyasının Məclisi ilə bağlı öz sözümü demişəm”.

İsa Qəmbər və Arif Hacılı isə o zaman baş verənləri sadəcə sükutla seyr etmişdi.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz