Axtarış...

Qərbi Azərbaycan İrəvan Respublikasının Məşvərət Şurasından Ərdoğana MÜRACİƏT...


MilliTV.az


Dünən Qərbi Azərbaycan İrəvan Respublikasının Məşvərət Şurasının genişləndirilmiş konfransında bu ağır günlərdə Azərbaycanın haqq işini müdafiə edən və bizim yanımızda olduğunu yüksək sələ bəyan edən Türkiyənin siyasi rəhbərliyinə, AKP, CHP, MHP və İYİ partiyalarına müraciət qəbul edilmişdir.

Müraciətdə Ermənistanın və onun havadarlarının iyulun 12-dən başlayaraq Tovuz rayonunda, sərhəd xəttində davam edən hərbi təcavüzünə qarşı Türkiyənin sərgilədiyi qardaşlıq örnəyi təqdir edilir və prezident Recep Tayyip Erdoğan başda olmaqla bu ölkənin siyasi partiya liderlərinə, Türk xalqına minnətdarlıq ifadə olunur.

Konfransda bu fikir də ifadə edilmişdir ki, iki qardaş ölkə belə imperial təhlükələri dəf etmək üçün dünyada mövcud olan konfederal bütünləşməni də həyata keçirmək mümkündür. Türkiyə və Azərbaycanın konfederativ əsaslarla bütünləşməsinə indiki durumda çox ehtiyacın olduğu fikri də səsləndirilmişdir.

Qərbi Azərbaycan İrəvan Respublikasının Məşvərət Şurasının genişləndirilmiş konfransında harada yaşamasından və mövqeyindən asılı olmayaraq xalqımızın bütün kəsimlərinin bu günlər birləşməsi və dövlətimizin yanında olması, ona hər mənada dəstək verməsi xüsusi vurğulanmış və dünya ictimaiyyətinə bəyanat qəbul edilmişdir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz