Axtarış...

Tramp Venesuela və Kuba uğrunda "mübarizə aparacağına" söz verdi


MilliTV.az


Ağ Ev Administrasiyası Venesuela və Kuba uğrunda "mübarizə aparmağa" hazırdır.

“Report”un məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp ölkənin Silahlı Qüvvələrinin Cənub komandanlığının qərargahında çıxışı zamanı bildirib.

"Biz Venesuela uğrunda vuruşacağıq. Biz Kubadakı dostlarımız uğrunda vuruşacağıq", - Tramp deyib.

O, həmçinin əmin edib ki, bu ölkələrdə vəziyyətlər ABŞ-ın "nəzarəti altında"dır.

Venesuela prezidenti Nikolas Maduro da öz növbəsində ABŞ hökumətini "çirkli yalan"ın yayılmasında ittiham edib. O, Trampın milli təhlükəsizlik üzrə müşaviri Robert O Brayenin Venesuelanı "narkodövlət" adlandırmasına belə reaksiya verib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz