İran Prezidenti Həsən Ruhani Türkiyəyə səfər edəcək.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin Tehrandakı səfiri Rıza Hakan Tekin bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda baş tutacağı gözlənilən səfər zamanı Tehran-Ankara əlaqələri və bölgədəki son hadisələr müzakirə ediləcək.