Axtarış...

"Cavabımız dağıdıcı olacaq" – İrandan qəzəbli bəyanat

"Cavabımız dağıdıcı olacaq" – İrandan qəzəbli bəyanat

İran Əhvazdakı terror aktının təşkilatçılarına dağıdıcı cavab verəcək.

Millitv.az teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri İranın Xüsusi Kəşfiyyat naziri Mahmud Ələvi deyib.

"Terrorçular və onların havadarları özlərinin İraqda, Suriyada və digər ərazilərdə məğlubiyyətlərini ört-basdır etmək üçün Xuzistan əyalətinin günahsız əhalisinin qanını tökdülər".

Nazir həmçinin əlavə edib ki, bu dəhşətin təşkilatçıları əmin olsunlar ki, İran kəşfiyyatı günahkarları tapmaq və cəzalandırmaq üçün səylərini əsirgəməyəcək.

Xatırladaq ki, sentyabrın 22-də İranda Həsən Ruhaninin də seyr etdiyi hərbi parad zamanı terror hadisəsi baş verib və nəticədə 25 nəfər həlak olub, 60 yaxın yaralı var. Bununla bağlı, bu gün İranda matəm elan edilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz