Axtarış...

Sahil Babayev sistemi niyə dayandırıb? - GİLEY

Sahil Babayev sistemi niyə dayandırıb? - GİLEY
Teref.az-ın elektron poçtuna Nura Əlizadə adlı vətəndaşdan müraciət daxil olub. Nura xanımın müraciətini nazir Sahil Babayevə çatdırmaq üçün səhifəmizdə yerləşdiririk ki, bəlkə sualına cavab verilə. Nura xanım yazır:
Vətəndaşların əlilliklə bağlı sənədlərinə baxılmır - saxta hesabatda göstərilir ki, əlliyin təyin olunmasında 76% azalma var

ƏƏSMN artıq 9 aydan çox vaxtdır ki, əlillik sənədini almaq üçün müraciət edən vətəndaşların müraciətinə baxmır. Bu barədə nazirliyə müraciət edən şəxslərə bildirilir ki, əlilliyin təyin edilməsi üçün sistem dayandırılıbdır.

Əgər sistem dayandırılıbsa və heçkimə əlillik sənədi verilməyibsə neçə hesabat vermək olar ki, əlliyin təyin olunmasında 76% azalma olubdur. Daha sonra teref.az- a müraciət edən şikayətçi müraciətində yazır, bu gün nazir Sahil Babayev “Azərbaycanın sosial müdafiə inkişafı: dünən, bu gün və sabah” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib ki, cari ildə əlillik təyinatlarında şəffaflıq və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi baxımından bir sıra işlər görülüb, 2018-ci ilin III rübündə ilkin əlillik təyin olunanlardan birinci qrup əlilliyi olanların sayı 76% azalıb, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayı isə ilin birinci rübünə nisbətən 61,3 faiz azalıb.

Xahiş edirik nazirlik bu barədə açıqlama versin və bildirsin ki, vətəndaşlar nə vaxt əlillik sənədlərini almaq üçün müeaciət edə bilərlər.
Text-to-Speech

DİNLƏ






Şərh yaz