Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədovun Vüsal Nəsirli ilə əvəzlənməsi nazirliyin apardığı islahatları sürətləndirəcək.
Faktinfo.az əldə etdiyi məlumata əsasən xəbər verir ki,bir neçə həftədən sonra sabiq nazir Natiq Məmmədova yaxınlığı ilə seçilən onlarla Tibbi Sosial Ekspert Komissiya sədrləri, eləcə də internat və pansionat direktorları tutduqları vəzifədən kənarlaşdırılacaq.
Hətta,28 saylı Tovuz , 26 saylı Ağstafa və Qazax rayonlarını əhatə edən Tibbi Sosial Ekspet Komissiyaları daxil Şəmkir,Gədəbəy,Göygöl,Gəncə,İmişli,Sabirabad,Cəllabad,Biləsuvar,Mingəçevir rayonlarına da yeni TSEK sədrlərinin təyin olunacağı istisna olunmur. Həmçinin,bəzi rayonlarda yoxlamaların aparılacağı gözlənilir.Bir sözlə, sabiq nazir Səlim Müslümovun dövründə əlilliyin müəyyən edilməsinə dair meyyarları pozan,digər xoşagəlməz hallara yol verən,eləcə də Natiq Məmmədovun himayəsində çalışan şəxslərlə vidalaşılacaq.
Faktinfo.az bir müddət əvvəl 26 saylı Ağstafa, Qazax və 28 saylı Tovuz TSEK-lərində ümumilikdə 2000 mindən çox saxta əlillik dərəcəsinə sahiblənmiş şəxslərin olduğu barədə xəbər vermişdi. Sabiq nazir Səlim Müslümovun dövrünə təsadüf edən son beş ildə əlilliyin müəyyən edilməsinə dair meyarların pozulması və digər xoşagəlməz halların Qazax,Ağstafa Tovuzda da baş verdiyi vurğulanmışdı.Hətta,hər iki rayon üzrə TSEK sədirlərinin sonradan sabiq nazir tərəfindən yerdəyişməsinin aparıldığı qeyd edilmişdi.
Bu xəbərdən az sonra ƏƏSMN Sahil Babayev mətbuata açıqlamasında əlillik dərəcələrinin saxta yolla verilməsinə dair araşdırmaların davam etdiyini bildirmişdi. Sahil Babayev :“Aşkar edilən mənfi hallar barədə ölçü götürülür. Saxta əlillik təyinatları ləğv edilir və dövlət büdcəsindən həmin şəxslərə edilmiş ödənişlər geri qaytarılır. Fəaliyyətimiz dövründə bu hallar mütəmadi araşdırılacaq və ortaya çıxan mənfi hallar aradan qaldırılacaq. Hazırda araşdırılma yekunlaşmadığı üçün konkret rəqəmin açıqlanması düzgün olmaz. Yekunda risk təhlili aparılacaq və növbəti dövrlərin araşdırılmasına başlanılacaq”, – deyə o, qeyd etmişdi.
Göründüyü kimi,növbəti dövrün araşdırmalarına nazir müavininin iştirakı olmadan start verilir və bu araşdırmalar fonunda Natiq Məmmədovun nazir müavini vəzifəsindən azad olunması da təsadüfi görünmür. Faktinfo.az