Axtarış...

Tovuz və Ağstafa TSEK-lərində BÖHRAN - İTTİHAM

Tovuz və Ağstafa TSEK-lərində BÖHRAN - İTTİHAM

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev tərəfindən islahatlar davam etdirilir. Şəffaflığın təmin olunması məqsədilə hələ də bəzi DSMF və TSEK-lərdə yoxlamalar aparılır,xüsusilə kadrların seçilməsinə ciddi önəm verilir.
Faktinfo.az xəbər verir ki, 28 saylı Tovuz , 26 saylı Ağstafa və Qazax rayonlarını əhatə edən Tibbi Sosial Ekspet Komissiyalarında yoxlamaların aparılacağı gözlənilir. Bu barədə sayta nazirlikdəki etibarlı mənbə məlumat verib. Hər iki TSEK-dən ümumilikdə 2000 mindən çox saxta əlillik dərəcəsinə sahiblənmiş şəxslərin olduğu ehtimal edilir. Sabiq nazir Səlim Müslümovun dövrünə təsadüf edən son beş ildə əlilliyin müəyyən edilməsinə dair meyarların pozulması və digər xoşagəlməz halların Qazax,Ağstafa Tovuzda da baş verdiyi şübhə doğurmur.

Məlumat üçün bildirək ki,sonradan 26 saylı Ağstafa, Qazax və 28 saylı Tovuz TSEK sədrlərinin yerdəyişməsi aparılıb. Sabiq nazir Səlim Müslümovun əmrinə əsasən Arif Səmədov Ağstafa və Qazaxa,Əli Qasımov isə Tovuz rayon TSEK-inə sədr təyin edilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz