Neçə müddətdir ki, “Azərbaycan Dəmir Yolları” QSC ətrafında baş verən neqativ olaylarla bağlı oxucularımızı məlumatlandırırıq. Və bəlkə də buna görədir ki, DİA.AZ-ın elektron poçtuna sözügedən qurumun rəhbərliyi ilə bağlı çoxlu sayda informasiyalar daxil olmaqdadır. Onlardan növbətisini təqdim edirik.
Bu dəfə dia.az-a yazan oxucumuz “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun hələ vəzifəyə gəldiyi ilk günlərdən bəhs edir və QSC sədrinin gizli VAQON BİZNESİNDƏN danışır. Mənbə iddia edir ki, Cavid Qurbanov hələ 2015-ci ildə Rusiyadan 3 il ərzində 14 min vaqonun alınması ilə bağlı saziş imzalayır və bununla da böyük yeyinti başlayır. Mənbəyə görə, QSC sədrinin tək qazancı alqı-satqıdakı rəqəm şişirtmələrində olmayıb, həmçinin...
Mənbə dia.az-a yazır: "Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə gəldiyi qısa müddətdə Rusiyadan vaqon almağa başlaması əslində çox mətləblərdən xəbər verirdi. Çünki kifayət qədər qaranlıq ticarət əlaqələri olan Rusiyadan doğru-dürüt hesabat tələb etmək də imkansız olduğundan bizim korrupsioner məmurlar daha çox bu cür ölkələrlə "iş görməyə" üstünlük verirlər".
Mənbə ddia edir ki, təkcə bu yeyinti ilə kifayətlənməyən QSC sədri eyni zamanda köhnə vaqonların da doğranaraq satılması hesabına külli miqdarda gəlir əldə edib: "Belə bir üsuldan zaman-zaman Ziya Məmmədov da istifadə edərək, külli miqdarda qazanc əldə etmişdi. Bu dəfə isə Cavid Qurbanov eyni yolla getməkdədir..."
Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Mənbə dia.az-