Axtarış...

Bakıda neft hasilatı 0,8%, qaz hasilatı isə 2,5% artıb

Bakıda neft hasilatı 0,8%, qaz hasilatı isə 2,5% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 25,7 mlrd. manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2% artıb.

“Report”un Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu ilin doqquz ayında sahənin əsas məhsulu olan xam neftin hasilatı 28,6 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 13,8 mlrd. kubmetr təşkil edib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 0,8%, qaz hasilatı isə 2,5% artıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz