Axtarış...

Koronavirusdan sağalanların qanı "qara bazar"da satılır - 7 MİN MANATA

Koronavirusdan sağalanların qanı "qara bazar"da satılır - 7 MİN MANATA


Pakistanda koronavirusdan sağalan xəstələrin qanı "qara bazar"da satılmağa başlayıb. Onun qiyməti 950 funtdan (1999 manat) 3 500 funtadək (7364 manat) dəyişir.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "The Guardian" yerli həkimlərə istinadən yazır.

Qeyd olunur ki, "COVID-19" xəstələrinin ailələri yaxınlarını xilas etmək üçün bu məbləği ödəməyə hazırdırlar, çünki onlar məhz həmin "möcüzəvi dərman"ın xəstələrə kömək edəcəyinə inanırlar.

"Xəstəxanalar bu işdə iştirak etmir, lakin razılaşmalar gözümün önündə edilib. Xəstələrin qohum və yaxınları artıq sağalmış kəslərdən qan donoru olmalarını xahiş edirlər. Sonra özəl laboratoriyada "donor qanı"ndan plazma əldə olunur", - deyə İslamabad Dövlət Xəstəxanasının həkimi danışıb.

Eyni zamanda pakistanlı həkimlər xəstəxanalarda dərman qıtlığından şikayətlənirlər və belə şəraitdə plazmanın həqiqətən də "möcüzəvi dərman" olduğunu deyirlər.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz