Axtarış...

"Şagird döyüldüyünü inkar edir" - Xəstəxanadan AÇIQLAMA

"Şagird döyüldüyünü inkar edir" - Xəstəxanadan AÇIQLAMA

Bakıda müəllim tərəfindən döyüldüyü deyilən 12 yaşlı məktəbli ilə bağlı təfərrüatlar üzə çıxıb.

Şagirdin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdən Yenicag.az-a bildirilib ki, məktəbli döyülmə faktını təkzib edir:

“Şagirdin məktəbdə müəllim tərəfindən döyüldüyü deyilir. Amma uşaq bizə döyülmədiyini, yıxılaraq, xəsarət aldığını bildirib. Biz əlaqədar qurumlara məlumat vermişik, hüquq-mühafizə orqanları bu işi araşdıracaq”.

Xəstəxanadan onu da bildirdilər ki, uşaq hazırda müayinə olunur:

“Şagird təpədən-dırnağa müayinə olunduqdan sonra diaqnoz qoyulacaq. O, baş və bədəninin digər nahiyələrindən xəsarətlər alıb. Müayinə bitməmiş dəqiq heç nə deyə bilmərik”.

Qeyd edək ki, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə baş verib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz