Salyan rayonu Yuxarı Noxudlu kənd sakini, I qrup əlil Əhmədov Əkbər İsaxan oğlu ünvanlı sosial yardım ala bilməməsi ilə bağlı "Ölkə.Az"ın redaksiyasına müraciət edib. Salyan sakini bildirir ki, özü və iki qız övladı - Əhmədova Ayşən və Əhmədova Gülbeydə birinci qrup əlildirlər:
Səlim Müslümovun aldatdığı vətəndaşa Sahil Babayev də kömək etmir...
"Özüm və iki qızım birinci qrup əlilik, həyat yoldaşım əsəb xəstəsidir. İndiyə qədər nəyim varsa, satıb övladlarımın, həyat yoldaşımın müalicəsinə xərcləmişəm. Hazırda övladlarımın müalicəsinə görə 18 min borcum var. Mən kimdənsə borcumu ödəməyini xahiş etmirəm. İstədiyim odur ki, bizə ünvanlı sosial yardım verilsin ki, heç olmasa bəzi dərmanların özümüz ala bilək. Dəfələrlə aidiyyatı qurumlara müraciət etsəm də, heç bir xeyri olmayıb. Hətta Səlim Müslümov əmək və əhalinin sosial müdafiə naziri olanda Neftçalada qəbuluna yazıldım. Dərdimi danışandan sonra mənə iki yüz manat pul verdi. Elə bildim ki, həmin məbləği bizə sosial yardım kimi daimi yazıblar. Sən demə, mənim səsimi kəsmək üçün imiş. Bilsəydim heç o iki yüz manatı da götürməzdim. Səlim Müslümovdan sonra da elektron qaydada müraciətim olub. Ancaq hələ ki, bunun da nəticəsi yoxdur".
Vətəndaşın səsləndirdiyi fikirlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin də mövqeyini öyrənməyə çalışacağıq.