Axtarış...

Azərbaycanda devalvasiya gözlənilir? – Açıqlama

Azərbaycanda devalvasiya gözlənilir? – Açıqlama

"Son bir ayda Tarif Şurası və Nazirlər Kabineti tərəfindən tariflərin və rüsumların artırılması nəticəsində bu il ərzində manatın devalvasiyaya məruz qalacağı ehtimalı yoxdur".

Bunu bizimyol.info-ya bank üzrə ekspert Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, buna səbəb neftin qiymətinin kifayət qədər yüksək olması və dövriyyədə olan manatın həcminin aşağı olmasıdır: "Yəni hökumətin sərəncamında kifayət qədər dollar vəsaiti var, əhalinin isə manatı azdır. Belə vəziyyətdə devalvasiya təhlükəsi çox aşağıdır".

İqtisadçı-ekspert Natiq Cəfərli bizimyol.info-ya açıqlamasında ilin sonuna kimi devalvasiyanın olmayacağını bildirib: "Neftin qiymətinin bahalaşacağı gözlənilir. Ona görə devalvasiyanı ertələyəcəklər. Əks halda ilin sonuna kimi devalvasiya ola bilər".Bizimyol.info
Text-to-Speech

DİNLƏ






Şərh yaz