Şiddətli döyüşlərdə 7 hərbçimiz şəhid olub - VİDEO
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
MilliTV.az
Ötən gecədən şiddətlənən döyüşlər nəticəsində 7 nəfər hərbi qulluqçumuz şəhid olub.
Xezerxeber.az-ın məlumatına görə, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində şiddətli döyüşlər davam edib. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.
Həmçinin daha 5 nəfər hərbçi - Mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə də şəhid olublar. Gün ərzində Tovuz istiqamətində vəziyyət gərgin olaraq qalıb, ağır döyüşlər gedib.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.