Gələcək nəsil nağd puldan istifadə etməyəcək. Nağd pul gözlənildiyindən daha tez dövriyyədən çıxarılacaq. Elektron puldan istifadə artıq populyarlaşır.
Bu barədə "Apple"ın baş direktoru Tim Kuk tələbələrlə görüşü zamanı məlumat verib: "Uşaqlarınız nağd pulu ümumiyyətlə görməyəcək. Yaxın gələcəkdə nağd pul insanların gündəlik həyatından silinəcək".
AZƏRTAC "Daily Telegraph" saytına istinadən xəbər verir ki, Tim Kuk elektron ödəmə sistemləri məsələsi haqda təsadüfən danışmayıb. "The Wall Street Journal" qəzeti yazıb ki, "Apple" mobil qurğuların köməyi ilə pul ötürməyə imkan verəcək ödəmə xidməti üzərində işləyir.