Axtarış...

"Mənim təsərrüfatıma su verilmir..." - GİLEY

"Mənim təsərrüfatıma su verilmir..." - GİLEY
Neftçala rayon sakini, sahibkar Heybətov Vidadi HİT.Az-ın elektron ünvanına videomüraciət ünvanlayıb...

Müraciətdə bildirilir ki, nohurçuluq təsərrüfatı ilə məşğul olan sahibkar 34 hektar ərazidə fəaliyyət göstərir.

Şikayəti isə təsərrüfata suyun verilməməsi səbəbində balıqların kütləvi şəkildə qırılmasıdır.

Sahibkar 50 min manatadək ziyanda olduğunu qeyd edib.

O, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun da qəbulunda olduğunu, amma şikayətinə baxılmadığını vurğulayıb: “Hal-hazırda kür çayının suyu və kanallarda olan su balıq əmtəəçiliyi üçün yararlıdı. Lakin, “Sudan İstifadə Birliyi”nin sədri Məmmədov Təvəkkül qanunsuz olaraq nağd şəkildə əlavə pul istəyir. Bu səbəbdən də mənim təsərrüfatıma su verilmir. Başçının da qəbulunda olmuşam. Rayonda da şikayətimə baxan yoxdu. Kreditlə biznes qurmuşam, rüşvət vermədiyim üçün 50 min manatadək ziyana salıblar məni”.

Sahibkarın redaksiyamıza göndərdiyi videomaterialı və fotoları təqdim edirik.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz