Azərbaycanda 11700 - nəfər vəhabilikdən imtina etdi

İslam adı ilə saxta dini təriqət yaradanların cəhdi iflasa uğradı, Azərbaycanda 11700 - nəfər vəhabilikdən imtina etdi





Müəyyən Qərb dairələrinin İslamın məhv edilməsi məqsədilə bəzi ərəb ölkələrərinin, xüsusilə Səudiyyə Ərəbistanının əli ilə yaratdığı sələfilik cərəyanı artıq sürətlə iflasa uğramaqdadır. Zərərli təbliğat və maddiyyat üzərində qurulan bu plan, xüsusilə İŞİD-in süqutundan sonra bütün dünyada öz məntiqi sonluğuna çatmaq üzrədir. Azərbaycanda da vəhabi dini təriqətinin hansı təhlükələrə yol açdığı hamıya məlumdur. Bir neçə ildir ki, İraq və Suriyadan hər gün gələn qara xəbərlər sözügedən təriqətin siyasi mahiyyətini ortaya qoyur. Beyinləri "yeyilmiş və günahsız insanların qətlində iştirak etmiş onlarla vətəndaşımız həbsdədir və yaxud antiterror əməliyyatlarının qurbanı olub. Bu təriqət ölkəmizdə xeyli sayda ailə faciələrinə yol acdı. Bu gün İraq və Suriya hənsxanalarında yüzlərlə azərbaycanlı qadın və kisi saxlanılır. Onların günahsız körpələri sığınacaqlarda əziyyət çəkirlər. Bu hadisələrə nəzər salarkən siyasi məqsədlər üçün yaradılmış təriqətin vurduğu maddi və mənəvi zərərlər saya gəlmir. Ona görə də ənənəvi “din siyasətdən ayrıdır" deyiminə də artıq heç kəs inanmır. Məlum məsələdir ki, əsil dindar öz inancını siyasətlə uzlaşdırmamalıdır və nə yazıq ki, Azərbaycanda belə "inanclılar" az deyil.


Xüsusilə Səudiyyə Ərəbistanından ixrac olunan sələfiliyin təsirinə düşən gənclərimizin dünyagörüşünün pozulması ölkədə ciddi problemə çevrilib. Ancaq son proseslərin müşahidəsi onu deməyə əsas verir ki, artıq çoxları siyasiləşmiş dini sektaların təhlükəsini dərk edəndən sonra oradan uzaqlaşmağa başlayıb.Etibarlı mənbələrdən alınan məlumata görə, ölkədə vətəndaşlarımızın İraqa və Suriyaya yollanmasından, orada onların və ailələrinin başına gələn dəhşətli faciələrdən sonra sələfi təriqətinə mənsub bir çox gənclər buna etiraz edərək, təmsil olunduqları cərəyandan ayrılmaq qərarı veriblər. Bu proses hazırda vəhabiliyin geniş yayıldığı bütün bölgələrdə müşahidə olunur.


Maraqlıdır ki, vahabilərin ən güclü dayaqlarnının olduğu Qaradağ rayonu Müşfiqabad qəsəbəsində bu roses daha sürətlə gedir. Məlumata görə, həmin qəsəbədə 12 min vəhabinin 11 min 700-ü üzv olduqları dini təriqətdən uzaqlaşıb. Bu, son üç ayda baş verən statistik göstəricisidir. Məlunata görə, Azərbaycanın bölgələrində də radikalizmdən uzaqlaşma meylləri aşkar şəkildə özünü biruzə verir. Rəsmi məlumata görə, Müşfiqabad qəsəbəsində fəaliyyət göstərən sələfi əqidəli şəxslərin ibadət etdiyi məscid bağlanıb. Adıçəkilən məscidin imamı Mübariz Qaçayev gənclərin İraq və Suriyaya göndərilməsində ciddi rol oynaması da heç kəs üçün sirr deyil.


Deyilənə görə sələfiliyin gözdən düşməsində vəhabi liderlər Qamət Süleymanov və Əlixan Musayev arasında yaranan fikir ayrılığı və baş verən qalmaqal da ciddi rol oynayıb Q.Süleymanov Ə. Musayevi radikallıqda günahlandıraraq onu gəncləri Suriya və İraqa döyüşmək üçün yollamaqda ittiham etmişdi.



Nazilə Atakişiyeva
Oxşar xəbərlər
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət