Çörçil irqçilik, millətçilik baxımından Hitlerdən geri qalmırdı - O, KİMLƏRƏ NİFRƏT EDİRDİ?



İndiki ABŞ, Mərkəzi Amerika ölkələrində qaradərilli qullardan əvvəl, ağ dərilli qulların əməyindən istifadə edilirdi.

Redaktor.az bildirir ki, bu sözləri politoloq Əhəd Məmmədli deyib.



O bildirib ki, nasizm deyəndə ilk ağlımıza Hitler Almaniyası gəlsə də, İngiltərədə nasizm daha əvvəllər peyda olub:

“İngilislərin milli, etnik zəmində ilk soyqırım, qətliamları heç də Hindistanda olmayıb. Əsrlər bundan əvvəl ikinci Yakov, Kromvel vaxtında İngiltərə İrlandiyanı qana bulayıb. Bir milyon yarım İrlandiya əhalisi yarım milyona düşüb. İndiki ABŞ, Mərkəzi Amerika ölkələrinə ağ dərilli qullar İrlandiyadan gətirilib. İrlandiyanın təbiəti ilə Amerika qitəsinin təbiəti eyni olmadığından ağdərilli qulların ayaqları istiyə dözməyib qırmızı rəng alırdı. Amerikada irland qullara qırmızı ayaqlılar deyirdilər. İrlandlar afrikalı qullarla müqayisədə fiziki baxımdan daha dözümsüz, zəif idilər. Ona görə yeni dünyanın qul bazarlarında yavaş-yavaş irland qulları afrikalı qullarla əvəzlənməyə başladı. Mərkəzi Amerikada Barbados adlı ada ölkəsi var. O ölkənin sakinləri nə qaradərilli afroamerikalılara, nə də ağdərilli avroamerikalılara bənzəmirlər. Onların dərisi qarayanız olsa da, gözləri göydür. Barbadoslular irland qulların törəmələridir”.

Politoloq qeyd edib ki, ingilis nasizimində ali irq kimi insan sifətində anqlosaks irqi göstərilir:

“Sonra yarı insan, yarı meymun sifətində irq olaraq irlandlar göstərilir. İngilis ultra-millətçiləri irlandları Britaniyaya İspaniyadan gəlmə sayırlar. İspanları da ərəblərdən (mavrlardan) törəmə saydıqları üçün, irlandları da ispanların törəmələri sayırlar. Ən aşağı meymun sifətli irqi isə təbii ki, afrikalıları sayırlar. Böyük demokrat kimi göstərilən Çörçil deyirdi ki, italyan olsam Mussolinini dəstəkləyərdim. Çörçil irqçilik, millətçilik baxımından Hitlerdən geri qalmırdı. Qandi Londonda görüşlər keçirəndə Çörçil bunun qəti əleyhinə çıxmışdı. Çörçil induslar və onların liderinə nifrətlə baxırdı”.

Ə. Məmmədli vurğulayıb ki, anqlosaks faşiziminin kökləri alman faşizmindən daha qədim tarixə gedib çıxır:

“Sadəcə ingilislər daha tez tərpənərək imperiyalarını dünya hegemonluğunu qura bildilər. Bismark, Vilhelm, Hitlerli almanlar gecikdikləri üçün imperiya hədəflərinə çata bilmədilər”.
Oxşar xəbərlər
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət