Amerika Milli Kosmik Agentliyi (NASA) kosmosda ABŞ-ın kosmik güclərinin yaradılması barədə atılan addımları dəstəkləyib.
Millitv.az Publika.az-a istiandla xəbər verir ki, NASA-nın başçısı Cim Braydenstaynın sözlərinə görə, kosmik güclər hücumlar və fövqəladə vəziyyətlər zamanı Amerika bank sektoru və energetika sistemlərinin fasiləsiz işinin təminatı üçün lazımdır.
O qeyd edib ki, bunun üçün isə GPS naviqasiya sisteminin müdafiəsi təşkil olunmalıdır. Braydenstaynın sözlərinə görə, peyklərin sıradan çıxarılması ekzistensional təhdiddir və buna görə də ABŞ-ın kosmik gücləri heç vaxt olmadığı kimi lazımdır.
"Hər bank sazişi üçün GPS-dən sinxronlaşdırıcı siqnal tələb olunur. Başqa sözlə, əgər GPS olmasa ABŞ-da bank sistemləri olmayacaq. Nəticədə heç bir şey işləməyəcək", - o "Washington Examiner" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, analoji vəziyyət enerji təchizatı üçüm də keçərlidir. Braydenstayn qeyd edib ki, həmçinin kommunikasiya, naviqasiya, enerjinin istehsalı, təhlükəsizlik və müdafiə sferası da peyk sistemlərindən asılı olaraq işləyir. NASA-nın başçısının fikrincə, ABŞ-ın rəqibləri onu kosmosa girişdən məhrum etmək üçün üçün gücləri formalaşdırır.
"Əgər onlar bunu edəcəklərsə, ABŞ-a diz çökdürə bilərlər", - o əlavə edib.