Axtarış...

«Günaybank» da BAĞLANMA YOLUNDA... - mənfəəti azalıb, borcları artıb

«Günaybank» da BAĞLANMA YOLUNDA... - mənfəəti azalıb, borcları artıb


«Günaybank»ın mənfəəti azalıb.

FED.az xəbər verir ki, ilk yarım ildə bankın faiz gəlirləri 9,2% artaraq 6 milyon 352 min manat, faiz xərcləri isə 10,5% azalaraq 3 milyon 864 min manat olub.

Azalmanın səbəbi bankın depozitlər üzrə daha az faiz ödəməsi olub - 1,6 milyon manat və ya əvvəlki illə müqayisədə 11% az ödəniş edilib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 21% artaraq 4 milyon 390 min manat olub. Bu dövrdə bank haqq və komissiya gəlirlərini 72% artırıb.

Bankın qeyri-faiz xərcləri isə 12% artaraq 4 milyon 362 min manat olub.

Əsas gəlir maddələrində artım olan «Günaybank»ın «zəif yeri» mümkün zərərlər üzrə ehtiyatların yaradılması olub. Bu il həmin məqsədlə təqribən 1,9 milyon manat, yəni ötən illə müqayisədə təqribən 4 dəfə artıq vəsait ayrılıb.Nəticədə bu maddə bankın 2,5 milyon manatlıq əməliyyat mənfəətinin 4-də 3-nü «yeyib» və bank yarım ili cəmi 617,5 min manat mənfəətlə başa vurub.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 18% azdır.

Mümkün zərərlər üzrə yaradılan ehtiyatların artımı isə bankın kredit portfelinin keyfiyyətinin nisbətən pisləşdiyini göstərir.

Bu dövrdə bankın kredit portfeli 17,4 milyon manat və ya 11% artıb. Artım bütünlüklə ipoteka kreditlərinin hesabına baş verib, biznes kreditləri artmayıb.

Ümumilikdə bankın aktivləri 14,5% artaraq 247,2 milyona çatıb. Öhdəliklər də təqribən o qədər artaraq 181,9 milyon manata yüksəlib. Depozitlər 22 milyon manat artaraq 103 milyon manata yüksəlib. Eyni zamanda «Günaybank»ın başqa banklardan götürdüyü kreditlər 15 milyon manat artaraq 66 milyon manatı keçib.

Bankın cəmi kapitalı 1 milyon manat artaraq 30 iyun tarixinə 65,3 milyona çatıb. Bu göstərici ilə «Günaybank»ın Mərkəzi Bankın kapital tələbinə qarşı 15 milyon manatlıq «buferi» var.
Text-to-Speech

DİNLƏ






Şərh yaz