Axtarış...

"2:0 yaxşı, çox yaxşı nəticədir" - Klopp

"2:0 yaxşı, çox yaxşı nəticədir" - Klopp

Biz xoşbəxtik. İki qol vurduq və oyunun böyük hissəsini topa nəzarət etdik. Bu, birinci oyundur, qarşıda isə çətin cavab matçı var.

Qol.az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 finalında evdə "Portu"ya qalib gəldikləri oyundan sonra deyib.

Almaniyalı mütəxəssis qazanılan qələbənin mərhələ adlamaq üçün onlara böyük üstünlük verdiyini bildirib: "İkinci hissədə hücumların sayını azaltdıq. Ancaq 2:0 yaxşı, çox yaxşı nəticədir. İndi biz "Portu" ilə cavab oyununa daha rahat çıxa və mübarizə apara bilərik".

Qeyd edək ki, "Portu" üzərində qələbə Klopp üçün əlamətdar olub. Bu, onun məşqçilik karyerasında 400-cü qələbəsidir.



Şərh yaz