Rusiya millisinin və “Spartak”ın sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy Tula “Arsenal”ının Avropa Liqasının ikinci mərhələsinin ilk oyununda “Neftçi”yə məğlubiyyətini (0:1) şərh edib.
Qol.az xəbər verir ki, Rusiya Federal Agentliyinə açıqlamasında o bildirib ki, “Arsenal” pis oynamayıb: “Neftçi” haqda məlumatımız az idi. Əvvəllər böyük klub olub. İndi isə gördük ki, onlar layiqli oyun nümayiş etdirirlər. Heyətlərində yaxşı legioneləri var”.
Onun fikrincə, Azərbaycan təmsilçisinin növbəti mərhələyə adlamaq şansı daha çoxdur.
“Hesab edirəm ki, “Neftçi”nin üstünlüyü var. “Arsenal”ın bəxti gətirdi ki, top dirəyə dəyəndə ikinci topu buraxmadı. Bu halda vəziyyət daha pis olardı. İndi bizə lazımdır ki, səfərdə bir qol vuraq. Bu halda vəziyyət bərabərləşəcək”.
Xatırladaq ki, “Neftçi” ilə “Arsenaı” arasında cavab görüşü avqustun 1-i Bakıda olacaq.