"Oyunun çətin keçəcəyini bilirdik. Qol imkanlarımız çox olmadı. Oyunun sürəti zəif olduğu üçün epizodlar yarada bilmədik. İkinci hissə isə daha yaxşı alındı. Bəzən top itirsək də risk etdik".
Qol.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL-in baş məşqçisi Tomas Doll ölkə çempionatında "Nea Salamis"ə 3:0 hesabı ilə qali gəldikləri oyundan sonra deyib.
"Üç cavabsız qolla qələbə qazanmaq əla nəticədir. “Qarabağ”la ağır səfər oyunundan sonra çətin bir qalibiyyət oldu. Qələbə üçün sevinirəm, addım-addım inkişaf edəcəyik. Nə edəcəyimizi bilirəm" - deyə o bildirib.
T.Doll nə gözəl futbol oynamağa hazır olacaqları ilə bağlı sualı belə cavablandırıb: "Bilmirəm. Biz "Real" və ya "Barselona" deyilik. Bizdən həmişə 3:0 və 4:0 hesabı ilə qalib gəlməyimizi gözləməyin. Çünki bu, asan deyil. İki aylıq fasilədə problemimiz var idi. Zədəli oyunçularımız oldu. İrəliləmək üçün bizə vaxt verin. Mən futbolçulara inanıram".