"Yuventus"un baş məşqçisi Maurisio Sarri futbolçusu Kriştiano Ronaldo haqda danışıb.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçuya Çempionlar Liqasının 1/8 finalında "Lion"la ilk oyun öncəsi istirahət verib-verməyəcəyi ilə bağlı bunları deyib:
"Mən onunla danışdım. Ronaldo mənə dedi ki, özünü yaxşı hiss edir. Biz oyundan-oyuna onun vəziyyətini izləyəcəyik".
Qeyd edək ki, "Lion" - "Yuventus" görüşü fevralın 26-ı keçiriləcək.