Axtarış...

Ağstafada dövlət işçiləri KİMƏ KÖLƏLİK EDİR? - Suvaq vururlar... hörgü hörürlər... palçıq tuturlar...


Faktinfo.az xəbər verir ki, 32gun.az saytının Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTİB) əməkdaşlarının tikintidə(şəxsi obyekt tikintisində) işlədilmələrinə dair yaydığı video Ağstafada,o cümlədən sosial şəbəkələrdə əks-səda doğurub.

Saytın sosial şəbəkədə yayılmış məlumata istinadən yaydığı xəbərdə bildirilir ki, MKTİB-nin işçiləri Ağstafa şəhərində mağaza və obyektlərin tikintisinə məcburi cəlb edilirlər.Əks təqdirdə tikintidə işləmək istəməyən MKTİB əməkdaşları işdən çıxarılma ilə hədələnirlər.
"Bu haqda sosial şəbəkədə yayımlanan görüntüdə də məcburi əməyə cəlb edilmə ilə bağlı fikirlər öz əksini tapıb,"-xəbərdə bildirilir.

Faktinfo.az saytı məlum yayılmış xəbərə dair bildirir ki, Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçilərinin məcburi əməyə cəlb olunaraq şəxsi obyekt tikintisində işlədilməsi suallar doğurur:

- "Obyektlərin" maya dəyərinin ucuz başa gəlməsi məqsədilə Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçilərinin məcburi şəkildə işlədildikləri obyektlər kim(lər)ə məxsusdur?

-Ağstafa RİH-də vəzifə sahibləri olan şəxslərin Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçilərinin məcburi əməyə cəlb olunmasından xəbərləri varmı?

-Ağstafa RİH-də vəzifəli şəxslərin bu obyektlərə aidiyyatı yoxdur ki?

Hər halda bu suallar gələcəkdə digər xoşagəlməz hallara yol açılmaması səbəbindən aidiyyatı qrumlar tərəfindən araşdırma predimeti olmalı,Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçilərinin şəxsi obyektlərdə kimlərin göstərişinə əsasən işlədilməsi bilinməlidir!

Faktinfo.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz