Axtarış...

Koreyalı deputatlar prezidentin impiçmentinə səs vermək üçün hasara çıxıb


Müxalifət partiyalarından olan deputatlar Cənubi Koreya Prezidenti Yun Sok Yolun impiçmentinə səs vermək üçün parlamentin hasarına çıxıblar.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Cənubi Koreyanın aparıcı müxalifət Demokratik Partiyası “Toburo” parlamentarilərini prezidentin elan etdiyi hərbi vəziyyətlə əlaqədar parlamentə toplaşmağa çağırıb. Deputatlara hərbi vəziyyətin ləğvi prosesinin müzakirəsi və təşəbbüsü ilə bağlı iclasların keçirilməsi tapşırılıb.

Xatırladaq ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz